Türkiyə klubunda baş məşqçi dəyişikliyi

Hazırda oxunan: Türkiyə klubunda baş məşqçi dəyişikliyi

174287

“İstanbulspor” klubu baş məşqçisi Hakan Yakınla yolları ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Super Liqa klubu məlumat yayıb. 

46 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Yakın ötən ilin oktyabrından Super Liqa təmsilçisini çalışdırıb. Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Bundan sonra İstanbul təmsilçisini Osman Zeki Korkmaz çalışdıracaq. 41 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmır. O, daha öncə 2021-2022-ci illərdə də bu komandaya rəhbərlik edib. İstanbul komandası bu mövsüm ölkə çempionatında 7 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin