Klub prezidentinin qeyri-adi mətbuat konfransı - FOTO

Hazırda oxunan: Klub prezidentinin qeyri-adi mətbuat konfransı - FOTO

174043

“Palmeyras” (Braziliya) klubunun prezidenti Leyla Pereyra yalnız qadın jurnalistləri üçün mətbuat konfransı təşkil edib. 

Bizim.Media xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumatda bildirilib ki, gender ayrı-seçkiliyinə etiraz olaraq bu addımı atıb. Tədbirə yalnız TV-lərin və klubun özünün kişi operatorları buraxılıblar.

“Bu tarixi gündə sizinlə birgə olduğuma çox şadam. Dünyada heç vaxt belə hadisə görməmişəm ki, mətbuat konfransında ancaq qadınlar iştirak etsin. Bu fikri elan edəndə qəribə suallar eşidirdim: “Niyə yalnız qadınlar?” Mən isə buna görə kişilərə demək istəyirəm ki, isterikaya düşməyin, sakitləşin (gülür). Bizim üçün belə demirlər? Biz də qəzəblənmirik. Sadəcə istəyirik ki, qadınların doğumunda hiss etdiklərini onlar da hiss etsinlər" - deyə klub prezidenti bildirib. 

O deyib ki, qadınlar olaraq güzəşt istəmirlər:

"Biz sadəcə bacarıqlı olduğumuzu göstərmək istəyirik. Kişilərin olduğu futbol dünyasında özümüzə yer istəyirik. Həmişə görüşlərə gedəndə orada ancaq kişilərin olduğunu görürəm. Futbol akademiyamızda mətbuat konfransı keçirirəm və 30 kişi görürəm və orada yalnlz 2-3 qadın olur. Ondan özümü tamamilə tək hiss edirəm. Biz bunu dayandırmalıyıq.”

L.Pereyra bildirib ki, futbol dünyasında qadınlara qarşı məhdudiyyətlər var:

“Cənubi Amerikada yalnız bir TOP klubu qadının idarə etməsi normal deyil. Niyə belə olur? Çünki biz müxtəlif məhdudiyyətlərdən əziyyət çəkirik. Biz istədiyimiz yerdə ola bilərik. Bugünkü görüşümüzün səbəbi də budur. İnanıram ki, bu görüş qadınların mövqeyini müdafiə etməkdə mühum rol oynacaq. Biz bunu bacarırıq. Sadəcə daha çox imkanlar istəyirik”.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin