Azərbaycan millisinin forvardı Ramil Şeydayevin "Kocaelispor"a (Türkiyə) keçidi tamamlanmaq üzrədir.
Bizim.Media xəbər verir ki, bu barədə "Demokrat Kocaeli" qəzeti məlumat yayıb.
27 yaşlı hücumçu sabah səhər saatlarında Kocaelidə olacaq. O, tibbi müayinədən keçdikdən sonra komandaya qoşulacaq. "Kocaelispor" Şeydayevlə 1,5 illik müqavilə imzalayacaq.
1-ci liqa təmsilçisi bu müddət ərzində Ramilə ümumilikdə 850 min avro maaş ödəyəcək. Şeydayevin son klubu "Buriram Yunayted"dir. O, "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted"lə 2 illik müqavilə imzalamışdı.
“Kocaelispor” Türkiyə 1-ci liqasında 18 turdan sonra 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqioğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:14 / 16.01.2024
Ramil Şeydayev sabah “Kocaelispor”la müqavilə bağlayacaq
Hazırda oxunan: Ramil Şeydayev sabah “Kocaelispor”la müqavilə bağlayacaq
Hazırda oxunan: Ramil Şeydayev sabah “Kocaelispor”la müqavilə bağlayacaq
173737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.