Portuqaliya yığması və İspaniyanın “Real”x9d klubunun hücumçusu Kriştiano Ronaldo cari mövsümün ən çox qazanc əldə edən futbolçusu olub.
Moderator.az-ın xəbərinə görə, bu barədə “France Football”x9d jurnalı məlumat yayıb.
Reytinq futbolçuların maaşı, mükafatları və reklam gəlirləri əsasında hazırlanıb.xa0
32 yaşlı portuqaliyalı mövsüm ərzində 87,5 milyon funt sterlinq qazanıb. İkinci yerdə “Barselona”x9d klubu və Argentina millisinin hücumçusu Lionel Messi (76,5), üçdə isə onun komanda yoldaşı braziliyalı Neymar (55,5) qərarlaşıb.
Ən çox qazanc əldə edən məşqçilərin siyahısına isə “Mançester Yunayted”x9din baş məşqçisi Joze Maurinyo başçılıq edir. Ronaldonun həmyerlisi mövsüm ərzində 28 milyon funt sterlinq qazana bilib. İkinci pillədə Çin yığmasının çalışdırıcısı italiyalı Marçello Lippidir (23,5). “PSJ”x9dnin sabiq baş məşqçisi Loran Blan isə 20 milyon funt sterlinqlə üçüncü olub.




































































































