Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri bu gün başa çatacaq.
Bizim.Media xəbər verir ki, son gündə Azərbaycanın 6 yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.
Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (72 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) mübarizə aparacaqlar.
Maraqlıdır ki, Kandelaki ilə Şəriəti 1/16 final mərhələsində üz-üzə gələcəklər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, qadın güləşçi Alyona Kolesnik (59 kq) bürünc mükafata yiyələniblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:20 / 14.01.2024
“Zaqreb Open”də Azərbaycan millisinin daha 6 güləşçisi çıxış edəcək
Hazırda oxunan: “Zaqreb Open”də Azərbaycan millisinin daha 6 güləşçisi çıxış edəcək
Hazırda oxunan: “Zaqreb Open”də Azərbaycan millisinin daha 6 güləşçisi çıxış edəcək
173315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.