"Neftçi" Almaniya klubuna böyük hesabla uduzdu

Hazırda oxunan: "Neftçi" Almaniya klubuna böyük hesabla uduzdu

173262

"Neftçi" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib. 

Miodraq Bojoviçin baş məşqçilik etdiyi komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Valdhof”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

"Valdhof" Almaniya 3-cü liqasının turnir cədvəlində 20 xalla 16-cıdır.

Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda “Erzurumspor”a (Türkiyə) 1:3 hesabı ilə uduzub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin