Avropa Liqası: “Mançester Yunayted” səfərdə qalib gəldi - NƏTİCƏLƏR

Hazırda oxunan: Avropa Liqası: “Mançester Yunayted” səfərdə qalib gəldi - NƏTİCƏLƏR

17273

Aprelin 8-də futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, 4 qarşılaşmadan yalnız birində qalib müəyyənləşməyib.

Turnirin iddialı klublarından İngiltərənin “Mançester Yunayted” klubu İspaniyada “Qranada”nı 2:0 hesabı ilə məğlub edib.

Qolları 11-ci dəqiqədə Markus Reşford və 90-cı dəqiqədə penaltidən Brunu Fernandeş vurublar.

İngiltərənin digər təmsilçisi “Arsenal” Londonda Çexiyanın “Slaviya Praqa” kollektivi ilə matçda qələbəni son dəqiqələrdə əldən verib - 1:1

“Ayaks” Niderlandda İtaliyanın “Roma” komandasına 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 39-cu dəqiqədə Devi Klassenin qolu ilə Amsterdam təmsilçisi açsa da, “canavarlar” 57-ci dəqiqədə Lorenzo Pelleqrininin, 87-ci dəqiqədə isə İbanyesin vurduğu qollarla səfərdə vacib qalibiyyət əldə edib.

İspaniyanın “Vilyarreal” klubu isə Xorvatiyada “Dinamo Zaqreb” komandasına minimal hesabla qalib gəlib.

Qonaqların qoluna 44-cü dəqiqədə penaltidən Jerar Moreno imza atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin