"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun İngiltərə kubokunun 1/32 finalında "Arsenal"la oyunda (0:2) zədələnməsidir.
Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp futbolçunun durumu ilə bağlı deyib:
“Son oyun zamanı Trent dizindən zədə aldı. Onun diz bağında kiçik yırtıq var və bunun sağalması üçün vaxt lazımdır. Bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bir az dincələcək və ümid edirəm ki, əvvəlki səviyyəsinə qayıda biləcək. Onun üçün çox darıxacağıq”.
Qeyd edək ki, Aleksander-Arnold bu mövsüm bütün yarışlarda 25 matçda iştirak edib, 2 qol vurub və 9 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:41 / 10.01.2024
"Liverpul"da ciddi itki
Hazırda oxunan: "Liverpul"da ciddi itki
Hazırda oxunan: "Liverpul"da ciddi itki
172708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.