Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə "Fotospor” nəşri məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.
Həm TFF, həm də Superkubokun iştirakçıları olan "Qalatasaray” və "Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər. Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, 2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınmışdı.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:15 / 09.01.2024
Türkiyə Superkuboku Azərbaycanda keçirilə BİLƏR
Hazırda oxunan: Türkiyə Superkuboku Azərbaycanda keçirilə BİLƏR
Hazırda oxunan: Türkiyə Superkuboku Azərbaycanda keçirilə BİLƏR
172575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.