Dekabrın 24-də “Turan Tovuz”la keçirilən oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini bərpa edib.
Bizim.Media xəbər verir ki, bu gün bir araya gələn komanda üzvləri fitnes zalında məşq edib.
“Qırmızı-ağlar” sabahdan etibarən çalışmalarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında reallaşdıracaq.
Qeyd edək ki, toplanışın ilk mərhələsinin yekununda – yanvarın 10-da komandamız “Zirə” ilə yoldaşlıq oyunu keçirəcək. Matçın ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələyə yola düşəcək. 3 gün orada hazırlıq keçəcək “Araz-Naxçıvan” yanvarın 15-də rayonun eyniadlı komandası ilə üz-üzə gələcək.
Bu matçdan sonra Bakıya dönəcək “qırmızı-ağlar” 2 günlük istirahətdən sonra Misli Premyer Liqasının XIX turunda “Qarabağ”la keçirəcəyi matça hazırlaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media