“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Gloria Sport Arena”da keçirilən ilk məşq günündə zədəlilər - Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər. Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzovun müalicəsi davam edir. Daha 3 futbolçu Kilan Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində komandaya qoşulacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media