“Arsenal”ın futbolçusu Məhəmməd Elneni Türkiyə klublarının maraq dairəsindədir.
Bizim Media xəbər verir ki, “Beşiktaş” və “Trabzonspor” misirli futbolçunu heyətinə cəlb etmək istəyir.
Elnenin artıq Türkiyə təcrübəsi var. Təcrübəli yarımmüdafiəçi 2019/2020 mövsümündə icarə əsasında “Beşiktaş”ın şərəfini qoruyub.
“Arsenal”da əsas heyətdə yer ala bilməyən futbolçu komandasını dəyişməyin əleyhinə deyil. 31 yaşlı futbolçu 2016-cı ildən London klubunda çıxış edir və onun müqaviləsi yayda bitəcək.
Qeyd edək ki, 2023/2024 mövsümündə Elneni “Arsenal”da cəmi 4 rəsmi oyunda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
04:36 / 04.01.2024
Türkiyə klubları “Arsenal”ın futbolçusunu istəyir
Hazırda oxunan: Türkiyə klubları “Arsenal”ın futbolçusunu istəyir
Hazırda oxunan: Türkiyə klubları “Arsenal”ın futbolçusunu istəyir
171950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.