Ötən il beynəlxalq oyunlarda ən çox qol vuran FUTBOLÇULAR

Hazırda oxunan: Ötən il beynəlxalq oyunlarda ən çox qol vuran FUTBOLÇULAR

171846

2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub.

Bizim.Media Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.

Mövsümün əvvəlində İtaliyanın “İnter” klubundan “Roma”ya keçən 30 yaşlı forvard avrokuboklarda və milli komandada 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.

İngiltərənin “Mançester Siti” komandasının və Norveç millisinin oyunçusu Erlinq Holand 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi “Portu”da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin