“Antalyaspor”un baş məşqçisi Nuri Şahin klubdan ayrılıb.
Bizim.Media xəbər verir ki, o, karyerasını “Borussiya”da (Dortmund) davam etdirəcək. Bu barədə Bundesliqa təmsilçisinin saytı məlumat yayıb.
35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi olacaq.
Armin Reuterşahn isə öz istəyi ilə klubdan ayrılıb.
Qeyd edək ki, Nuri Şahin futbolçu karyerası ərzində 2005-2011 və 2014-2018-ci illərdə “Borussiya”da oynayıb. O, 2021-ci ildən "Antalyaspor"un baş məşqçisi idi.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:06 / 29.12.2023
Nuri Şahin rəsmən "Borussiya"da
Hazırda oxunan: Nuri Şahin rəsmən "Borussiya"da
Hazırda oxunan: Nuri Şahin rəsmən "Borussiya"da
171329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.