AFFA yığmaların məşqçilərini istefaya göndərdi

Hazırda oxunan: AFFA yığmaların məşqçilərini istefaya göndərdi

171215

Ölkəmizin bütün aşağı yaş qrupları üzrə milli komandalarının məşqçilər heyəti ilə yollar ayrılıb. 

Bizim.Media xəbər verir ki, AFFA rəhbərliyi məşqçilərin heç biri ilə müqaviləni yeniləməyib. 

Onlara deyilib ki, bu məsələyə gələn il baxılacaq. Yalnız U-21 millisinin baş məşqçisi Samir Əliyev və onun köməkçiləri işinə davam edəcək.

Qeyd edək ki, İlham Yadullayev (U-15, U-16), Füzuli Məmmədov (U-17), Elxan Abdullayev (U-18), Aqil Nəbiyev (U-19) aşağı yaş qrupları üzrə yığmalarımızda baş məşqçi postunu tuturdular.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin