“Oyundan bir gün əvvəl Şuşaya getmişdik. Uşaq olarkən şəkillərdə, videolarda gördüyüm yerlərə ayaq basmaq möhtəşəm hissdir".
Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında FIFA referisi Kamal Umudlu Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə keçirilən "Qarabağ" - MOİK oyununa təyinat alması ilə bağlı danışarkən deyib.
"Hər bir azərbaycanlının arzusu işğaldan azad edilmiş torpaqlarda olmaqdır. Bizim adımızın da tarixin yaddaşına yazılması inanılmazdır. Əsas əziyyəti meydanda olan hakimlər çəkdilər. Mən də ehtiyat hakim kimi üzərimə düşən öhdəlikləri yerinə yetirməyə çalışdım”, deyə o, əlavə edib.
Qeyd edək ki, Xankəndidə keçirilən “Qarabağ” – MOİK oyunu Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:52 / 25.12.2023
Xankəndidəki oyunun hakimi danışdı: "O yerlərə ayaq basmaq möhtəşəm hissdir"
Hazırda oxunan: Xankəndidəki oyunun hakimi danışdı: "O yerlərə ayaq basmaq möhtəşəm hissdir"
Hazırda oxunan: Xankəndidəki oyunun hakimi danışdı: "O yerlərə ayaq basmaq möhtəşəm hissdir"
170633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.