UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Gecənin ən maraqlı görüşü İspaniyada baş tutub. İngiltərənin "Liverpul" komandası ilə üz-üzə gələn "Real Madrid" rəqibini 3:1 hesabı ilə məğlub edib. Qarılaşmada ilk qol 27-ci dəqiqədə vurulub. Vinisius Junior meydan sahiblərini önə çıxarıb.
Doqquz dəqiqə sonra Marko Asensio fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci yarıya daha yaxşı başlayan qonaqlar 51-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin 65-ci dəqiqədə dubl edən Junior mersisaydlıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.
Digər oyunda isə "Mançester Siti" İngiltərədə Almaniyanın "Borussiya Dortmund” klubuna 2:1 hesabı ilə qalib gəlib.
Matçda hesabı 9-cu dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne açıb. Dortmund təmsilçisi bu qola 84-cü dəqiqədə cavab verib. Marko Roys tarazlığı bərpa edib. Xosep Qvardiolanın komandası 90-cı dəqiqədə Fil Fodenin vurduğu qolla çətin qələbə qazanıb.
Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:03 / 07.04.2021
Çempionlar Liqası: "Real Madrid" "Liverpul"u məğlub etdi
Hazırda oxunan: Çempionlar Liqası: "Real Madrid" "Liverpul"u məğlub etdi
Hazırda oxunan: Çempionlar Liqası: "Real Madrid" "Liverpul"u məğlub etdi
17052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.