Azərbaycan Premyer Liqasında II dövrənin son turunun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, "Sumqayıt" "Səbail"lə qarşılaşıb.
Bu görüşdə ev sahibləri 1:0 qalib gəlib.
Qeyd edək ki, günün digər oyunu "Turan Tovuz" - "Araz-Naxçıvan" görüşü stadionun projektorunun aşması səbəbi ilə təxirə salınıb. Həmin oyun sabah 12:00-da qaldığı yerdən davam etdiriləcək.
Azərbaycan Premyer Liqası
XVIII tur
23 dekabr (şənbə)
“Sumqayıt” – “Səbail” 1:0
Qol: Adi Mehremiç 70 (avtoqol)
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”
Rəşad Rafiqoğlu, Bizim.Media