"Bavariya"nın baş direktoru və Avropa Klublar Assosiasiyasının (ECA) sədr müavini Yan-Kristian Dresen Münhen klubunun Avropa Superliqasında iştirak edib-etməyəcəyi baərədə suallara cavab verib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, o, "Bavariya"nın bu turnirə qatılmayacağını vurğulayıb:
“Biz Avropa Məhkəməsinin qərarını nəzərə almışıq. Lakin bu, “Bavariya”nın və ya ECA-nın belə bir yarışın yerli liqaların əhəmiyyətinə və Avropa futbolunun sabitliyinə hücum təşkil edəcəyi ilə bağlı mövqeyini dəyişmir. Bütün milli liqalar Avropa futbol klubları üçün əsas olduğu kimi, Bundeslia "Bavariya" üçün təməldir.
Ona görə də bizim borcumuz və dərin inamımız onları zəiflətmək yox, gücləndirməkdir. Biz UEFA-nın himayəsi altında keçirilən Avropa klub yarışlarını da dəstəkləyirik. Beləliklə, bir daha tamamilə aydın oldu: "Bavariya" üçün Superliqanın qapısı bağlıdır".
Xatırladaq ki, bu gün, dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib. İspaniyalı insayder Joaquin Maroto isə turnirin 18 ay sonra başlayacağını yazıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:31 / 21.12.2023
Baş direktor: "Superliqanın qapısı "Bavariya"nın üzünə bağlıdır!"
Hazırda oxunan: Baş direktor: "Superliqanın qapısı "Bavariya"nın üzünə bağlıdır!"
Hazırda oxunan: Baş direktor: "Superliqanın qapısı "Bavariya"nın üzünə bağlıdır!"
170145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.