Nəriman Axundzadə: "Bir ay öncə düşünürdüm ki, Xankəndidə qol vuracağam"

Hazırda oxunan: Nəriman Axundzadə: "Bir ay öncə düşünürdüm ki, Xankəndidə qol vuracağam"

170134

“Bu cür tarixi oyunda həyəcanlı idim. Çox yaxşı matç keçdi”. 

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə deyib. 

Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə matçda qol vuran futbolçu düşüncələrini bölüşüb:

“Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Şəhidlərimizə həsr edirəm”.

Qeyd edək ki, bu gün “Qarabağ”la MOİK arasında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. “Qarabağ” hesabı 90+5-ci dəqiqədə açıb, Nəriman Axundzadə fərqlənərək tarixi qolun müəllifi olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin