Türkiyədə daha bir hakim döyüldü - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə daha bir hakim döyüldü - FOTO/VİDEO

169915

Türkiyədə daha bir futbol hakimi döyülüb. 

Bizim.Media xəbər verir ki, hadisə həvəskarlar liqasında baş verib. 

“Kumçatıspor” - “Cizrə Diclespor” matçında meydan sahiblərinin oyunçuları hakimə hücum edib. Onlar yan xətt hakimi Veysəl Samsakın üzünə zərbələr endirib. Nəticədə hakimin burnu qırılıb. 

Klubun azarkeşləri isə rəqib futbolçularını döyüblər. Həmçinin “Cizre Diclespor”un avtobusuna hücum çəkiblər. 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Superliqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra birincilərin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. 
 





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin