Türkiyə Superliqasında növbəti qalmaqal baş verib.
Bizim.Media xəbər verir ki, 17-ci turda bu gün keçirilən "İstanbulspor" - "Trabzonspor" matçı yarımçıq dayandırılıb.
Oyunda hesab 1:1 olarkən "Trabzonspor"un futbolçusu Onuaçu 68-ci dəqiqədə komandasını önə keçirən qol vurub. Bu qol xeyli müddət VAR-a baxıldıqdan sonra qeydə alınıb.
"İstanbulspor" tərəfi isə qoldan əvvəl qayda pozuntusunun olduğunu bildirərək, etiraz edib.73-cü dəqiqədə isə İstanbul təmsilçisinin prezidenti Ecmel Faik Sarıalioğlu komandanı meydandan çıxarıb. "İstanbulspor"un futbolçuları əvvəlcə oyunu davam etdirmək istədiklərini bildirsələr də, klub rəhbərinin ciddi təkidi ilə paltardəyişmə otağına yollanıblar.
Bir qədər keçdikdən sonra "Trabzonspor"lu futbolçular və hakimlər də paltardəyişə otağına gediblər.
"İstanbulspor"a texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Bizim.Media