Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Hazırda oxunan: Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

169822

Bu gün sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb. 

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da mübarizə gedib və qaliblər müəyyənləşib.

57 kq çəkidə İslam Bazarqanov bütün rəqiblərindən güclü olub. Nurəddin Novruzov 61 kq, Əli Rəhimzadə 65 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. 70 kq-da Kənan Heybətov, 74 kq-da Cəbrayıl Qajıyev və 79 kq-da isə Orxan Abasov Azərbaycan çempionu titulunu qazanıblar.

Azərbaycan çempionatı

57 kq

1. İslam Bazarqanov

2. Elman Ağayev

3. Mahir Əmirəslanov

3. Mahir Məmmədzadə

61 kq

1. Nurəddin Novruzov

2. Ruslan Abdullayev

3. Ceyhun Allahverdiyev

4. Camal Abbasov

65 q

1. Əli Rəhimzadə

2. Zirəddin Bayramov

3. Murad Haqverdiyev

4. Musa Ağayev

70 kq

1. Kənan Heybətov

2. Murad Yevloyev

3. Sabir Cəfərov

3. Maqommed-Başir Xaniyev

74 kq

1. Cəbrayıl Qajıyev

2. Ağanəzər Novruzov

3. Əhməd Əhmədli

3. Əbülfəz Nəsirov

79 kq

1. Orxan Abasov

2. Ali Tsokayev

3. Əşrəf Aşırov

3. Ramiz Həsənov

Qeyd edək ki, dekabrın 20-də sərbəst güləş üzrə 86, 92, 97 və 125 kq, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kq çəki dərəcələrində mübarizə baş tutacaq. Çempionatın son günündə isə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ən güclü idmançıların adına aydınlıq gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin