"Real"da itki - Ferlan Mendi zədələnib

Hazırda oxunan: "Real"da itki - Ferlan Mendi zədələnib

169810

"Real"ın müdafiəçisi Ferlan Mendi zədələnib.

Bizim.Media "The Atletic"ə istinadən xəbər verir ki, o, La Liqanın 17-ci turunda "Vilyarreal"la oyunda sıradan çıxıb. 

28 yaşlı futbolçu növbəti turda "Alaves"lə matçı buraxacaq. Fransalı oyunçu zədə səbəbindən təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Həmçinin Dani Karvahal da 18-ci turun oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Alaves" - "Real" görüşü dekabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.
Əlavə edək ki, Mendi bu mövsüm Madrid təmsilçisinin heyətində 14 oyun keçirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin