"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.
Bizim.Media xəbər verir ki, mütəxəssis rəqibləri "Braqa" (Portuqaliya) barədə hələlik geniş məlumata malik olmadığını bildirib:
"Bu gün rəqib haqda çox maraqlanmadım. Çünki fikrim əsasən "Neftçi" ilə oyunda idi. Ona görə "Braqa" barədə çox az məlumat topladım. Əvvəldən də demişdim ki, potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına böyük hədəflər qoyub. Portuqaliya klubları avrokuboklara ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü.
Hər bir halda, "Braqa" ilə oyunlar bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. İlkin olaraq onu deyə bilərəm ki, dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək".
Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar. "Qarabağ" da daxil olmaqla səpələnmişlər səbətində yer alan bütün 8 komanda ilk oyunlarını səfərdə keçirəcəklər.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:41 / 19.12.2023
Qurban Qurbanovdan püşkə münasibət
Hazırda oxunan: Qurban Qurbanovdan püşkə münasibət
Hazırda oxunan: Qurban Qurbanovdan püşkə münasibət
169651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.