Futbolçu huşunu itirdi, oyun yarımçıq qaldı - VİDEO

Hazırda oxunan: Futbolçu huşunu itirdi, oyun yarımçıq qaldı - VİDEO

169415

İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı yarımçıq dayandırılıb.

Bizim.Media xəbər verir ki, buna qonaq komandanın kapitanı Tom Lokyerin huşunu itirərək yerə yıxılması səbəb olub.

Görüşün 59-cu dəqiqəsində 29 yaşlı futbolçu rəqiblə heç təmas olmadığı anda qazona yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə tribuna otağına aparılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.
Əvvəlcə baş hakim Saymon Huper futbolçuları meydandan çıxararaq matçı dayandırıb. Daha sonra hakimlərlə  danışıqlardan sonra görüş təxirə salınıb. Qarşılaşma təxirə salınan vaxtda hesab 1:1 olub.

"Luto Taun" Lokyerin oyun zamanı ürəyinin dayandığını açıqlayıb.  29 yaşlı  oyunçu sonradan özünə gəlib. O, hazırda xəstəxanadadır.
 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin