Futbolçu huşunu itirdi, oyun ləğv olundu

Hazırda oxunan: Futbolçu huşunu itirdi, oyun ləğv olundu

169360

İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı ləğv edilib.

Bizim.Media xəbər verir ki, buna səbəb görüşün 59-cu dəqiqəsində qonaqların müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirməsi olub.

29 yaşlı futbolçu özündən gedib və qazona yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə meydandan çıxarılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.
Əvvəlcə baş hakim Saymon Huper futbolçuları meydandan çıxararaq matçı dayandırıb. Daha sonra arbitrlər komandası bugünkü görüşü ləğv etmək qərarına gəlib. Qarşılaşma dayandırılan vaxtda hesab 1:1 olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin