Tofiq Bəhramov adına stadionun damında yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO 

Hazırda oxunan: Tofiq Bəhramov adına stadionun damında yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO 

169289

Dekabrın 14-də “Qarabağ” –“Haken” qarşılaşmasını izləmək üçün 30 minə yaxı azarkeş Tofiq Bəhramov adına Respublika Stadionuna gəlmişdi. Gərgin oyundan və uğurlu nəticədən azarkeşlər məmnun qalsalar da stadiondakı vəziyyət narahatlığa səbəb olub. 

Belə ki, stadionun 10-cu sektorunda dam örtüyündə yaranan problem tamaşaçıları güclü yağışla üz-üzə qoyub. Bəzi azarkeşlər oyunun sonunu gözləmədən Stadionu tərk etmək məcburiyyətində qalıblar.

Məsələylə bağlı Gənclər və İdman Nazirliyinə sorğu göndərdik. Nazirlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunun tribunasının dam örtüyünün kiçik bir hissəsində xüsusi membran örtüyünün yenilənməsinə ehtiyac yaranıb:

“Bununla bağlı təmir işlərinə başlanıb və yararsız örtüyün bir hissəsi sökülüb. “Qarabağ” FK-nun 14 dekabr tarixdə keçirdiyi oyunla bağlı təmir işləri müvəqqəti dayandırılmışdı. Əlverişli hava şəraitinə uyğun olaraq işlər davam etdiriləcək. 
Qeyd edilən xüsusi örtük Avropa ölkələrində istehsal edildiyindən, istehsala xeyli vaxt tələb olunduğundan və quraşdırma işlərinin mürəkkəbliyi səbəbindən işlərin qarşıdakı aylarda tam başa çatdırılması nəzərdə tutulur”.
 

Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin