FİFA prezidenti Canni İnfantino Türkiyə Superliqasının "Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyib.
Bizim.Media xəbər verir ki, matçdan sonra ev sahibi komandanın prezidenti Faruk Kocanın hakim Halil Umut Melərə qarşı yumruqlu hücumuna dünya səviyyəsində reaksiyalar davam edir.
Prezident İnfantino açıqlamasında hücumun qəbuledilməz olduğunu ifadə edib:
"Futbolda, meydanda və ya kənarda şiddətə yer yoxdur. "Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra baş verənlər qəbuledilməzdir. Bu cür hərəkətlərin idmanda və cəmiyyətdə yeri yoxdur.
"Hakimlər olmadan futbol olmaz" deyən İnfantino, hakimlərin, oyunçuların, azarkeşlərin və texniki heyətin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb:
"Onlar bu oyundan həzz almalıdırlar. Mən aidiyyatı qurumları bunun həyata keçirilməsini və bu insanlara bütün səviyyələrdə hörmət edilməsini təmin etməyə çağırıram."
Qeyd edək ki, Türkiyə Superliqasının dünən axşam oynanılan “Ankaragücü” - “Rizəspor” (1:1) matçından sonra qarşılaşmanın baş hakimi Halil Umut Meler ev sahibi komandanın prezidenti Faruk Kocanın hücumuna məruz qalıb. Prezidentin yumruqla vurduğu referi yerə yıxılıb. Bu zaman ətrafdakılar hakimi yerdə təpikləməyə başlayıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:33 / 12.12.2023
FİFA prezidenti Halil Umut Melerin döyülməsinə münasibət bildirdi
Hazırda oxunan: FİFA prezidenti Halil Umut Melerin döyülməsinə münasibət bildirdi
Hazırda oxunan: FİFA prezidenti Halil Umut Melerin döyülməsinə münasibət bildirdi
168680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.