“Sabah”ın baş məşqçisi Rusiya klubunu çalışdıra bilər

Hazırda oxunan: “Sabah”ın baş məşqçisi Rusiya klubunu çalışdıra bilər

168333

Rusiyanın “Alaniya” klubu baş məşqçi axtarışına çıxıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladiqafqaz təmsilçisi “Sabah”ın çalışdırıcısı Murad Musayevlə maraqlanır. 

Hazırda birinci divizionun iddialılarından olan klub Masazır təmsilçisinin baş məşqçisini bu posta gətirməyi planlaşdırır. Amma danışıqların baş tutub-tutmaması haqda heç bir məlumat yoxdur.
Onların digər namizədi isə “Akron”un keçmiş baş məşqçisi Yevgeni Kaleşindir. Son olaraq, Vladiqafqaz komandasına Oleq Vasilenko başçılıq edirdi. Komanda birinci liqada 6-cı pillədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin