FIFA-nın baş katibi Fatma Samur Bakıda səfərdədir.
Bizim.Media xəbər verir ki, o, bu gün – dekabrın 8-də Heydər Əliyev Mərkəzində keçirilən Beynəlxalq Avtomobil Federasiyasının – FIA-nın Baş Assambleyasının illik yekun iclasında iştirak edib.
Sabah Fatma Samurun Bakıda daha bir tədbirə qatılması gözlənilir. O, bu dəfə Azərbaycanda qadın futbolçularla bağlı tədbirdə iştirak edəcək. Ardınca Bakı Olimpiya Stadionunda uşaq futbolçularla görüş planlaşdırılır.
Axşam saatlarında isə onun Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək oyunu izləməsi gözlənilir. Belə ki, FİFA rəsmisi Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Araz-Naxçıvan” matçını izləyəcək. Sözügedən qarşılaşmaya saat 17:00-da start veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:26 / 09.12.2023
FİFA-nın baş katibi “Zirə”-“Araz Naxçıvan” matçını izləyəcək
Hazırda oxunan: FİFA-nın baş katibi “Zirə”-“Araz Naxçıvan” matçını izləyəcək
Hazırda oxunan: FİFA-nın baş katibi “Zirə”-“Araz Naxçıvan” matçını izləyəcək
168161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.