19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2025-ci ildə Litvada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında millimiz 4-cü qrupda Monteneqro, Bolqarıstan və Latviya yığmaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları 2024-cü ilin 3, 6, 9 aprel tarixlərində Latviyada təşkil olunacaq. İlkin mərhələdə B Liqasının qrup qalibləri A Liqasına vəsiqə qazanacaq. Final mərhələsi 2025-ci ildə İsveçdə təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb.
Millimiz B Liqasında Bolqarıstan, Sloveniya və Moldova yığmaları ilə birlikdə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları gələn il 14, 17, 20 mart tarixlərində Bolqarıstanda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:30 / 08.12.2023
Millimizin rəqibləri bəlli oldu
Hazırda oxunan: Millimizin rəqibləri bəlli oldu
Hazırda oxunan: Millimizin rəqibləri bəlli oldu
168145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.