İtaliya Antidopinq Prokurorluğu "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın 4 illik diskvalifikasiyasını istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.
Poqba avqust ayında dopinq testindən keçib və cavab müsbət çıxıb. İkinci test də ilkin nəticəni təsdiqləyib. Hazırda 30 yaşlı fransalı müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.
Daha əvvəl "Yuventus"un dopinq testinin müsbət çıxdığına görə Poqbanın maaşını ayda 2 min avroya endirəcəyi bildirilirdi. Bu dəfə isə İtaliya Antidopinq Prokurorluğu oyunçunun 4 illik futboldan uzaqlaşdırılmasını istəyir.
Bu mövsüm yarımmüdafiəçi İtaliya çempionatında cəmi 2 oyun keçirib. Poqbanın "Yuventus"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:29 / 08.12.2023
Poqbanın futboldan 4 illik uzaqlaşdırılmasını istəyirlər
Hazırda oxunan: Poqbanın futboldan 4 illik uzaqlaşdırılmasını istəyirlər
Hazırda oxunan: Poqbanın futboldan 4 illik uzaqlaşdırılmasını istəyirlər
167983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.