Albaniyanın “Eqnatiya” klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Vüsal İsgəndərli komandasını dəyişə bilər.
Bizim.Media xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətindən Türkiyə və Rumıniya klubları maraqlıdır.
Məsələ ilə bağlı əməkdaşımıza açıqlama verən İsgəndərli bildirib ki, hələlik təklifləri dəyərləndirir:
“Türkiyədən oyunumu izləməyə gəlmişdilər. Danışıqlarımız oldu. Türkiyə ilə yanaşı, Rumıniya klubları da menecerimlə söhbət edib. Mən qardaş ölkəyə yollanmaq istəyirəm. Amma hazırkı komandamı azad agent kimi tərk edə bilmərəm. Biri kubok olmaqla, üç çempionat oyunumuz qalıb. Bu görüşlər bitdikdən sonra ortaq qərar verəcəyik. Həm kluba, həm də mənə sərf edəcəyi halda, transfer rəsmiləşəcək. “Eqnatiya” istəsə, yaya kimi burda qalacam”.
Qeyd edək ki, İsgəndərli 2023-cü ildə “Sumqayıt”dan “Eqnatiya”ya transfer olunub. O, Albaniya çempionatında meydana çıxdığı 15 matçda 5 qol və 2 assistlə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:33 / 07.12.2023
Albaniyada oynayan futbolçumuz klubunu dəyişə bilər
Hazırda oxunan: Albaniyada oynayan futbolçumuz klubunu dəyişə bilər
Hazırda oxunan: Albaniyada oynayan futbolçumuz klubunu dəyişə bilər
167975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.