“Çelsi”nin keçmiş futbolçusu və məşqçisi Frenk Lempard karyerasını ABŞ-da davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, onun “Şarlott”a rəhbərlik edəcəyi məlumatı yayılıb.
Amerika klubunun rəhbərliyi ingiltərəli mütəxəssisin namizədliyi ilə bağlı yekun qərarı dekabrın sonunda verəcək. Əvvəllər London klubu ilə yanaşı “Derbi” və “Everton”da fəaliyyət göstərən Lempardın bu təklifə müsbət cavab verməsi gözlənilir. Frenklə bərabər “Lester”in keçmiş baş məşqçisi Din Smit də “Şarlott”un namizədlər siyahısına daxildir.
Qeyd edək ki, “Şarlott” MLS-in son mövsümündə pley-offa vəsiqə qazanıb. Komanda ilk mərhələdə “Nyu York Red Bulls”a 2:5 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:49 / 07.12.2023
Lempard ABŞ klubunun baş məşqçisi olacaq
Hazırda oxunan: Lempard ABŞ klubunun baş məşqçisi olacaq
Hazırda oxunan: Lempard ABŞ klubunun baş məşqçisi olacaq
167821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.