"Qarabağ"ın zədəli futbolçusu Kevin Medina dekabrın 12-də əməliyyat olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə QOL.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O deyib ki, əməliyyat Finlandiyanın Turku şəhərinin "Pihlahalinna" hospitalında olacaq. Klub rəsmisi bildirib ki, bu hospital kolumbiyalı müdafiəçinin zədəsi ilə bağlı əməliyyatları yerinə yetirən Avropanın və dünyanın ən yaxşı xəstəxanalarından biri hesab edilir:
"Buna görə də bu xəstəxana seçilib. Dünyanın bir çox məşhur klubları belə zədələrdə məhz bura müraciət edirlər. PSJ, "Real" kimi Avropa klubları bu cür zədələrdə sözügedən hospitalda əməliyyat etdirirlər".
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən Kevin Medinaya sağ bud tendom vətərinin qopması diaqnozu qoyulub. Əməliyyat olunduqdan sonra onun təqribən 3 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:41 / 06.12.2023
Kevin Medinanın əməliyyat olunacağı tarix və ölkə AÇIQLANDI
Hazırda oxunan: Kevin Medinanın əməliyyat olunacağı tarix və ölkə AÇIQLANDI
Hazırda oxunan: Kevin Medinanın əməliyyat olunacağı tarix və ölkə AÇIQLANDI
167797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.