“Neftçi”də kütləvi YOLUXMA – Çempionat oyunu təxirə salındı

Hazırda oxunan: “Neftçi”də kütləvi YOLUXMA – Çempionat oyunu təxirə salındı

167757

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Laçın” - “Neftçi” görüşü baş tutmayacaq. 

Voleybol Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, buna “ağ-qaralar”ın oyunçuların səhhətində problem yaranması səbəb olub. 

AVF-yə müraciət edən “Neftçi” komandanın 6 voleybolçusunda - Emin Abdullayev, Milad Salehi, Abdollah Azmoun, Mohammad Norouzi, Mohammad Abolhasanı və Mohsen Vazehidə yüksək hərarətin (diaqnoz- kəskin respirator xəstəlik, KRX) olduğunu bildirib. 
Yarışın təşkilatçısı vəziyyəti nəzərə alaraq görüşün təxirə salınmasına qərar verib. Matçın nə vaxt keçiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin