Kişi basketbolçular arasında Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Basketbol Federasiyasının qərarına əsasən “NTD-İNDİQO” klubunun baş məşqçisi Tahir Baxşıyev yığmanın “sükanı arxasına” gətirilib.
"Neftçi"nin çalışdırıcısı Anar Sarıyev isə əsas köməkçi təyin olunub.
Bundan əlavə, yığmamızın məşqçilər korpusunda ispaniyalı mütəxəssis Alberto Blanko da yer alacaq. Sonuncu iş yeri İspaniyanın ikinci liqasında (LEB GOLD Spain) çıxış edən “Kaseres” klubunun əsas meneceri və idman direktoru olan mütəxəssis yığmamızda ikinci köməkçi məşqçi kimi çalışacaq.
Avropa basketbolunu yaxından tanıyan 53 yaşlı mütəxəssisin əsas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli məşqçilərimizlə birlikdə onlara qarşı əks həmlələr hazırlamaq olacaq.
Onlar bu postda serbiyalı baş məşqçi Aleksandar Trifunoviçlə köməkçisi litvalı Aurimas Jasilionisi əvəzləyiblər.
Qeyd edək ki, millimizin ilk sınağı 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinin oyunları çərçivəsində, gələn il fevralın 22-də İsveçrə yığmasına qarşı oyun olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:15 / 06.12.2023
Basketbol millimizin yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ
Hazırda oxunan: Basketbol millimizin yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ
Hazırda oxunan: Basketbol millimizin yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ
167742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.