"Mançester Siti"nin futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqası tərəfindən cəzalandırıla bilər.
Bizim.Media xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. 23 yaşlı hücumçu "Tottenhem" ilə (3:3) oyundan sonra görüşün hakim Simon Hoperlə əlaqədar paylaşım edib.
O, referinin Cek Qrilişin ("Mançester Siti") qapıçı ilə təkbətək çıxdığı epizoda mane olmasına emosional reaksiya verib. Haaland sosial şəbəkədə videonu "WTF" başlığı ilə paylaşıb, lakin sonradan onu silib.
İngiltərə Futbol Assosiasiyasının nizam-intizam komitəsi bu anı qeydə alıb və artıq araşdırmaya başlayıb. Qurumun hücumçunu bir neçə matçlıq cəzalandıracağı gözlənilir.
Qeyd edək ki, Haaland bu mövsüm Premyer Liqanın 14 oyununda 14 qol vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:59 / 04.12.2023
Haaland cəzalandırıla bilər
Hazırda oxunan: Haaland cəzalandırıla bilər
Hazırda oxunan: Haaland cəzalandırıla bilər
167419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.