Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə bir idmançı fəxri kürsüyə qalxıb.
Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda dueldə italiyalı Cennaro Pirelliyə qalib gəlib.
Əvəzində Balabəy Ağayev bürünc medal uğrunda görüşdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Ayub Bliyevə uduzub. Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan millisi yarışa 13 kişi, 1 qadın cüdoçu ilə qoşulmuşdu.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:40 / 03.12.2023
Cüdoçularımız "Böyük Dəbilqə"ni 3 medalla başa vurdular
Hazırda oxunan: Cüdoçularımız "Böyük Dəbilqə"ni 3 medalla başa vurdular
Hazırda oxunan: Cüdoçularımız "Böyük Dəbilqə"ni 3 medalla başa vurdular
167231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.