Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev formasını geyindiyi "Adana Demirspor"la ilk dəfə Türkiyə Superliqası matçında əsas heyətdə yer alıb.
Bizim.Media xəbər verir ki, o, 14-cü turda autsayder "Samsumspor"a qarşı ev oyununda ilk 11-likdə meydana çıxıb və sonadək oynayıb.
Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Adana Demirspor" - "Samsunspor" - 2:3
Qollar: Nianq, 27-pen. (1:0), Ntçam, 35-pen. (1:1), Holse, 45+5 (1:2), Mouandilmadji, 64 (1:3), Barasi, 70 (2:3)
"Adana Demirspor" 23 xalla 4-cü pillədə qərarlaşıb. "Samsunspor" isə 20 komanda arasında 11 xalla 19-cu pillədən 18-ci pilləyə yüksəlib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2023/12/02/1701545462_photo_5431373736981944304_x_16x9.png)
- A-
- A
- A+
İdman
06:15 / 03.12.2023
Şahruddin Superliqada ilk dəfə əsas heyətdə oynadı
Hazırda oxunan: Şahruddin Superliqada ilk dəfə əsas heyətdə oynadı
Hazırda oxunan: Şahruddin Superliqada ilk dəfə əsas heyətdə oynadı
167184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.