İsveçrə klubu millimizin üzvünü satmaq istəmir

Hazırda oxunan: İsveçrə klubu millimizin üzvünü satmaq istəmir

167165

Azərbaycan millisinin forvardı Renat Dadaşov üçün "Hatayspor"un "Qrasshopper"lə danışıq aparması haqda xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, Superliqa klubu Dadaşovun transfer hüququna qışda sahib çıxmaq istəyir.

Bunun üçün isə, "Hatayspor" İsveçrə klubuna müəyyən məbləğ də təklif edib. Lakin hələ ki, "Qrasshopper" "Hatayspor"un istəyinə müsbət yanaşmayıb. 

24 yaşlı hücumçunun Sürix klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, yayda Türkiyə klubuna icarəyə verilib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin