UEFA-nın saytı "Qarabağ"dan yazdı

Hazırda oxunan: UEFA-nın saytı "Qarabağ"dan yazdı

167075

UEFA-nın rəsmi saytı Avropa Liqasının H qrupunun 5-ci turu çərçivəsində keçirilən “Molde” - “Qarabağ” oyunu (2:2) haqqında yazıb.

Bizim.Media xəbər verir ki, yazıda sözügedən oyun haqda bu fikirlərə yer verilib:

“Qarabağ” erkən pley-offa yüksəlmək fürsətini əldən verdi. Bunun üçün “Molde”ni səfərdə məğlub etməli idilər. Juninyonun möhtəşəm driblinqlə solo irəliləyiş etdiyi zaman erkən qol vuran Azərbaycan klubu 82-ci dəqiqəyə kimi bu hədəfə doğru uğurla irəliləmişdi. Lakin sonradan "Qarabağ" 5 dəqiqə ərzində 2 qol buraxdı. Bu qolları Kristian Eriksen vurdu.

Bununla belə, Qurban Qurbanovun komandası məğlubiyyətdən xilas olmaq üçün güc tapdı. Əlavə olunmuş dəqiqələrində Bəhlul Mustafazadə qeyri-ənənəvi standart vəziyyətdən fərqləndi.
Beləliklə, xalları bərabər olan “Qarabağ” şəxsi görüşlərdə “Molde” üzərində üstünlüyü təmin etdi. “Hekken”lə son turda evdəki matçda qalib gəlsə, mütləq pley-offa yüksələcək".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin