“Neftçi”nin qapıçısı yenidən əməliyyat olunacaq

Hazırda oxunan: “Neftçi”nin qapıçısı yenidən əməliyyat olunacaq

166918

“Neftçi”nin qapıçısı Emil Balayev yenidən əməliyyat olunacaq. 

Bizim.Media xəbər verir ki, 29 yaşlı qolkiperin qırılmış axil vətərinə görə cərrahi müdaxiləyə ehtiyacı var.

Bir müddətdir zədəli olan futbolçulardan Filip Ozobiç komanda ilə məşqlərə start verib, digər qapıçı İvan Brkiç isə fərdi şəkildə hazırlığı davam etdirir.

Qeyd edək ki, “Neftçi” Premyer Liqanın 15-ci turunda “Zirə”ni qəbul edəcək. Dekabrın 3-də reallaşacaq görüş saat 17:00-da start götürəcək. Emil Balayev yayda Serbiyanın “Srvena Zvezda” komandasına qarşı “Matc TV” turnirindəki görüşdə zədələndiyi üçün axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin