Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Sumqayıt”ın futbolçusu Kristian Velinovskinin ayağı sınıb.
Bizim.Media xəbər verir ki, futbolçu bu gün əməliyyat olunacaq.
Kristian "Lerik" - "Sumqayıt" matçının 23-cü dəqiqəsində ağır xəsarət alaraq meydanı tərk edib.
Komandanın məşqçi və futbolçu heyəti “Lerik”lə oyundan dərhal sonra xəstəxanda həmkarlarına baş çəkiblər. Futbolçunun yaşıl meydanlardan kənarda qalacağı müddət əməliyyatdan sonra dəqiq bilinəcək.
Qeyd edək ki, qarşılaşma “Sumqayıt” 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:48 / 30.11.2023
“Sumqayıt”ın ayağı sınan futbolçusu bu gün ƏMƏLİYYAT OLUNACAQ
Hazırda oxunan: “Sumqayıt”ın ayağı sınan futbolçusu bu gün ƏMƏLİYYAT OLUNACAQ
Hazırda oxunan: “Sumqayıt”ın ayağı sınan futbolçusu bu gün ƏMƏLİYYAT OLUNACAQ
166830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.