"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda "Mançester Yunayted"i qəbul edəcək.
Bizim.Media xəbər verir ki, hazırda qarşılaşmanın keçiriləcəyi İstanbulda güclü yağış yağır. Stadionun ot örtüyü yağış sularının altındadır.
UEFA nümayəndələri qazonun durumuna yaxından baxdıqdan sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, "Qalatasaray" - "Mançester Yunayted" görüşü Bakı vaxtilə saat 21:45-də start götürməlidir.
Bizim.Media