Qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, tura “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandalarının matçı ilə start verilib.
Oyun Famil Ağayevin yetirmələrinin qələbəsi ilə başa çatıb.
“Milli Aviasiya Akademiyası” komandasını 3:1 hesabı ilə məğlub edən “Abşeron” xallarının sayını 9-a çatdırıb və turnir cədvəlində birinci pilləyə yüksəlib.
Günün ikinci qarşılaşmasında UNEC və “Gəncə” klubları üz-üzə gəlib. Qarşılaşma Gəncə təmsilçisinin üstünlüyü keçib. Tələbələri 3:0 hesabı ilə məğlub edən “Gəncə” komandası bu qələbə ilə çempionatdakı ilk xallarını qazanıb.
Qeyd edək ki, III turun son matçı sabah (29 noyabr) saat 15:00-da baş tutacaq. Bu görüş “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında olacaq. Oyun GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 1:3 (17:25, 27:25, 16:25, 17:25);
UNEC – “Gəncə” 0:3 (8:25, 19:25, 19:25).
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:37 / 29.11.2023
“Gəncə” və “Abşeron” qələbə QAZANDI
Hazırda oxunan: “Gəncə” və “Abşeron” qələbə QAZANDI
Hazırda oxunan: “Gəncə” və “Abşeron” qələbə QAZANDI
166641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.