Son gündə 3 cüdoçumuz mübarizəyə başlayır – 2 bürünc medal qazanmışıq

Hazırda oxunan: Son gündə 3 cüdoçumuz mübarizəyə başlayır – 2 bürünc medal qazanmışıq

16663

Türkiyənin Antalya şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.

100 kq-da çıxış edən cüdoçulardan Zelim Kotsoyev 1/16 finalda Sirill Mare (Fransa), Elmar Qasımov isə eyni mərhələdə İsaak Bezzina (Malta) ilə üz-üzə gələcək.

100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə 1/8 finalda Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Liviya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin