Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, bu günə nəzərdə tutulan beş görüşdən üçü artıq başa çatıb.
Doğma meydanda “Cəbrayıl”ı 4:0 hesabı ilə məğlub edən MOİK 1/8 finalda “Qarabağ”a rəqib olub.
“Karvan” evdə “Difai Ağsu” komandasını 1:0, “İrəvan” isə səfərdə “Araz Saatlı”nı 4:1 hesabı ilə üstələyib. Növbəti mərhələdə Yevlax təmsilçisi “Lerik” - “Sumqayıt” duelinin, “İrəvan” isə "Kür-Araz" - “Araz-Naxçıvan” cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, Ağdam klubu ölkə kubokunun 1/8 final görüşünü məhz işğaldan azad edilmiş şəhərdə, Xankəndi şəhər stadionunda keçirəcək.
Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir. "Qarabağ"ın səfər planı artıq tutulub. 1/8 final görüşləri dekabrın 19-21-i arasında baş tutacaq.
Belə ki, Ağdam klubu matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli hava limanına uçacaq. Komandanın oyundan bir gün qabaq Şuşada qalacağı gözlənilir.
Matç günü isə komanda Xankəndi Şəhər Stadionuna yollanacaq. Matçdan sonra isə "Qarabağ" Füzuli hava limanına yollanacaq və oradan da Bakıya uçacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:55 / 28.11.2023
“Qarabağ” Xankəndi şəhər stadionunda MOİK-lə üz-üzə gələcək
Hazırda oxunan: “Qarabağ” Xankəndi şəhər stadionunda MOİK-lə üz-üzə gələcək
Hazırda oxunan: “Qarabağ” Xankəndi şəhər stadionunda MOİK-lə üz-üzə gələcək
166522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.