“Neftçi”nin müdafiəçisi Türkiyə klubuna KEÇƏ BİLƏR 

Hazırda oxunan: “Neftçi”nin müdafiəçisi Türkiyə klubuna KEÇƏ BİLƏR 

166281

Baş məşqçi Adrian Mutunun “Neftçi”yə gətirdiyi futbolçuların ümidləri doğrultmaması baş məşqçinin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, artıq onlardan bəzilərinin komandadan gedəcəyi gözlənilir. 

Həmin oyunçulardan biri də Mark Tamaşdır. 

Macarıstanlı müdafiəçi böyük ehtimal qışda komandanı tərk edəcək. 30 yaşlı futbolçu indidən özünə komanda axtarışına başlayıb. 
Artıq Tamaşla maraqlanan klub da var. Söhbət Türkiyə "Adanaspor"undan gedir. TFF 1-ci liqa təmsilçisi qışda oyunçunu heyətinə qatmaq istəyir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin